"Atalanta" komandanın sabiq baş məşqçisi İvan Yuriçlə müqaviləni ləğv edib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Yuriç 2025-ci ilin iyunundan noyabrınadək "Atalanta"ya rəhbərlik edib. O, istefaya göndərildikdən sonra da Berqamo təmsilçisi ilə müqaviləsi qüvvədə qalırdı. İndi isə tərəflər qarşılıqlı razılıq əsasında sözləşməyə xitam veriblər.
Yuriç bu addımı birillik fasilədən sonra A Seriyasına qayıdan "Montsa"nın yaxın vaxtlarda baş məşqçisi olacağı üçün atıb. Karyerası ərzində 50 yaşlı xorvatiyalı mütəxəssis İtaliyanın "Mantova", "Krotone", "Cenoa", "Verona", "Torino", "Roma" və İngiltərənin "Sauthempton" klublarında çalışıb.
Qeyd edək ki, iyunun əvvəlində "Atalanta" Yuriçdən sonra baş məşqçi postuna gətirdiyi Raffaele Palladinonu da istefaya göndərib. Onu Mauritsio Sarri əvəzləyib.













