Tovuz klubu iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək

"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub. Tovuz klubu iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilir ki, hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.

Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək.

Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest