Portuqaliya millisinin baş məşqçisi Roberto Martines dünya çempionatının qrup mərhələsinin III turunda Kolumbiya ilə keçirilən oyunda (0:0) komandasının çıxışını şərh edib.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
İspaniyalı mütəxəssis rəqibin istədiyi futbolu oynamasına imkan verdiklərini bildirib:
"Kolumbiya əks-hücumları və təkbətək mübarizələri sevən komandadır. Biz oyuna və topa daha çox nəzarət etməli idik. Düşünürəm ki, bunun üçün düzgün qərarlar qəbul edə bilmədik. Topa nəzarət etməyəndə oyunçularımızın fərdi istedadının bir hissəsini itiririk. Ona görə də ümumilikdə bu, bizim üçün çox, çox dəyərli bir təcrübədir.
İlk matçdan sonra komandamız özünə tənqidi yanaşdığını və böyüməyə hazır olduğunu göstərdi. İndi hər şeyi təhlil etmək və Xorvatiya ilə görüşə hazırlaşmaq vaxtıdır. Əlbəttə, biz hər oyunda 3:0 hesabı ilə qalib gəlmək və matçın gedişatına nəzarət etmək istəyirik. Amma reallıq budur ki, keçirdiyimiz üç oyunda iki heç-heçə və bir qələbə qazanmışıq. Komanda növbəti oyuna tam hazırdır".













