27 Noyabr 2025, 21:27
FUTBOL
"Barselona"nın hücumçusu Robert Levandovski "Milan"ın maraq dairəsinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Bildirilir ki, İtaliya klubu polşalı hücumçunu gələn yay pulsuz transfer etməyə çalışacaqlar.
"Barselona"nın Levandovski ilə yollarını ayırmaq niyyətindədir. İspaniya klubunun rəhbərliyi 37 yaşlı hücumçunun müqaviləsini yeniləməmək qərarına gəlib. Bu addımın əsas səbəbləri onun yaşı və tədricən azalan fiziki hazırlığıdır.
Qeyd edək ki, Levandovski bu mövsüm 14 oyun keçirib və 8 qol vurub.
.












