Misli Premyer Liqasında XIII tura start verilib.
Matc.az xəbər verir ki, oyunlar üç günü əhatə edəcək.
Tura Yevlaxda start veriləcək. Burada "Kəpəz" ev sahibi qismində "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da başlayacaq. Ötən tur "Karvan-Yevlax"ı məğlub edən Gəncə təmsilçisi sonuncu pillədən qurtulub və 6 xalla 10-cu yerdədir. 23 xalı olan "Zirə" isə 3-cü yerdədir.
Turun ən maraqlı oyunlarından biri Tovuzda baş tutacaq. Burada yerli "Turan Tovuz" bir neçə gün əvvəl Samir Abasovu istefaya göndərən "Neftçi" ilə üz-üzə ggələcək. Paytaxt təmsilçisini bu matça Sənan Qurbanov çıxaracaq. Görüş saat 18:30-da start götürəcək. 13-cü tur öncəsi "Turan Tovuz" lider "Qarabağ"dan 3 xal geri qalır və 2-ci sıradadır. 15 xal toplayan "Neftçi" isə 8-ci pillədədir.
Tur ayın 29-na planlaşdırılan iki oyunla davam edəcək. "İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sabah"ı qonaq edəcək. Matçın start fiti saat 14:30-da səsləndiriləcək. XII turda "Neftçi"yə qalib gələn bölgə təmsilçisinin 15 xalı var və 7-ci yerin sahibidir. Çempionatın iddialı komandalarından olan "Sabah" isə 4-cü pillədədir. Masazır təmsilçisinin aktivində 22 xal var.
Günün növbəti görüşü "Azersun Arena"da təşkil olunacaq. İki gün əvvəl Çempionlar Liqasında "Napoli"yə uduzan "Qarabağ" "Karvan-Yevlax"ı sınağa çəkəcək. Qarşılaşmanın saat 17:00-da başlaması planlaşdırılıb. 11 oyun keçirən Ağdam təmssilçisi 26 xalla çempionatın vahid lideridir. Yevlaxlılar 5 xalla autsayderdir.
Turun sson matçları bölgələrdə keçiriləcək. Öncə Şamaxıda rayonun eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 14:00-da başlayacaq. Bölgə təmsilçisi 12-ci turda səfərdə "Sabah"la heç-heçə edib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 14 xal toplayıb və 9-cu yerdədir. "Sumqayıt" 5-cidir. "Kimyaçılar" 20 xal toplamağı baacarıb.
XIII tura "Qəbələ" - "Araz-Naxçıvan" matçı ilə yekun vurulacaq. Fərqli hədəfləri olan komandalar Qəbələ şəhər stadionunda keçiriləcək dueli saat 16:30-da start götürəcək. Kaxaber Sxadadzenin çalışdırdığı "qırmızı-qaralar" istədiyi nəticələri əldə edə bilmir. Onların aktivində 5 xal var. Bölgə təmsilçisi 11-ci pillədədir. Elmar Baxşıyeevin "Araz-Naxçıvan"ı isə 6-cı yerdədir. Komanda 12 tur ərzində altivinə 20 xal yazdırıb.
Misli Premyer Liqası
XIII tur
28 noyabr (cümə)
“Kəpəz” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu, 14:00
“Turan Tovuz” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 18:30
29 noyabr (şənbə)
“İmişli” – ”Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rauf Cabarov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Quba OİK stadionu, 14:30
“Qarabağ” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Azersun Arena”, 17:00
30 noyabr (bazar)
“Şamaxı” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Şamaxı şəhər stadionu, 14:00
“Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Namiq Əliyev
Qəbələ şəhər stadionu, 16:30




_1764260794.jpg)







_1764249604.jpg)