27 Noyabr 2025, 17:33
FUTBOL
"Qornik"in yarımmüdafiəçisi Patrik Hellebrand karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
"Beşiktaş" çexiyalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi 26 yaşlı hücumameyilli yarımmüdafiəçini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Patrik Hellebrand bu mövsüm "Qornik"in heyətində keçirdiyi 17 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib. Onun Polşa klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.











_1764260794.jpg)
