27 Noyabr 2025, 14:16
MPL
"Qarabağ"ın Misli Premyer Liqasının XIII turu çərçivəsində "Karvan-Yevlax" ilə keçirəcəyi oyunun biletləri satışa çıxır.
Matc.az xəbər verir ki, biletlər sabah saat 12:00-dan etibarən satışda olacaq.
Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
Oyun günü isə iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassası;
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.








_1764249604.jpg)



