"Roma"nın müdafiəçisi Zeki Çelik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TeamTalk" məlumat yayıb.

"Mançester Siti", "Mançester Yunayted", "Arsenal", "Çelsi" və "Liverpul" türkiyəli futbolçunu heyətinə qatmaq istəyir.

Çelikin İtaliya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərədə alan Premyer Liqa nəhəngləri yayda azad agent statusunda olacaq 28 yaşlı sağ cinah müdafiəçisinə maraq göstərir.

Qeyd edək ki, Zeki Çelik bu mövsüm "Roma"nın heyətində keçirdiyi 15 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest