27 Noyabr 2025, 12:34
ÇEMPİONLAR LİQASI
PSV Çempionlar Liqasında "Liverpul"u səfərdə 4:1 hesabı ilə məğlub edərək avrokuboklar tarixində iz qoyub.
Matc.az xəbər verir ki, bu nəticə Eindhoven təmsilçisini avrokuboklarda “Enfild”də mersisaydlılara 4 və ya daha çox qol vurmağı bacaran ikinci komanda edib.
Daha əvvəl bunu yalnız “Real” bacarıb. Madrid klubu 2023-cü ilin fevralında Çempionlar Liqası oyununda "Liverpul"a 5:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, İngiltərə təmsilçisi “Liverpul” növbəti turda səfərdə Milan “İnter”inin qonağı olacaq.




_1764249604.jpg)







_1764239615.jpg)