27 Noyabr 2025, 15:38
ÇEMPİONLAR LİQASI
“Bavariya”nın futbolçusu Serj Qnabri Çempionlar Liqasında “Arsenal”a qarşı keçirilən (1:3) oyunla bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, almaniyalı hücumçu London təmsilçisinin güclü komanda olduğunu bildirib:
“Biz güclü rəqibə qarşı oynadıq. Onların daha çox qapıya zərbəsi, daha çox qolu var idi. Haqlı olaraq uduzduq. "Arsenal" üstünlük göstərdi və topa nəzarətdə yaxşı idi. İkinci hissədə çox az şey etməyə nail ola bildik. Bilmirəm, rəqib daha keyfiyyətlidir, ya yox, amma biz bu məğlubiyyəti qəbul edirik. Bizim inanılmaz məğlubiyyətsiz seriyamız var idi. İndi isə çalışmağa və inkişaf etməyə davam etməliyik”.




_1764260794.jpg)







_1764249604.jpg)