PSJ-nin yarımmüdafiəçisi Vitinya Çempionlar Liqasında Ronaldo, Messi və digər altı oyunçunun nailiyyətini təkrarlayıb.
Matc.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Portuqaliyalı futbolçu "Tottenhem"ə qarşı 3 qol vuraraq, turnir tarixində Premyer Liqa klubuna qarşı het-trik edən doqquzuncu oyunçu olub.
İngiltərə klublarına qarşı het-trik edənlər:
Ronaldo "Mançester Yunayted"ə qarşı (2003);
Tuncay Şanlı "Mançester Yunayted"ə qarşı (2004);
Messi "Arsenal" (2010) və "Mançester Siti"yə qarşı (2016);
Qnabri "Tottenhem"ə qarşı (2019);
Nkunku "Mançester Siti"yə qarşı (2021);
Benzema "Çelsi"yə qarşı (2022);
Gyökereş "Mançester Siti"yə qarşı (2024);
Mbappe "Mançester Siti"yə qarşı (2025).
Qeyd edək ki, PSJ və "Tottenhem" arasındakı oyun fransızların 5:3 hesablı qələbəsi ilə başa çatıb.











_1764260794.jpg)
