FIFA 2026-cı ildə təşkil olunacaq dünya çempionatının oyunlarına 2 milyon biletin satıldığını açıqlayıb.

FIFA 2026-cı ildə təşkil olunacaq dünya çempionatının oyunlarına 2 milyon biletin satıldığını açıqlayıb.

Matc.az xəbər verir ki, turnir 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Turnir gələn il ilk dəfə olaraq 48 milli komandanı bir araya gətirəcək və bu göstərici onu tarixdəki ən böyük mundial edir. Biletlərin satışı FIFA-nın rəsmi platformaları üzərindən həyata keçirilir. Qiymətlər isə kateqoriya və stadiondan asılı olaraq 60-6730 ABŞ dolları arasında dəyişir.

FIFA qeyd edir ki, yüksək tələb azarkeşlərin dünya çempionatına rekord maraq göstərdiyini sübut edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest