"Liverpul"da mövsümün çətin dövrü davam edir.

Matc.az xəbər verir ki, "qırmızılar" dünən evdə keçirilən Çempionlar Liqası oyununda PSV-yə 1:4 hesabı ilə məğlub olub.

Mersisayd təmsilçisi ardıcıl üçüncü matçıdır ki, ən azı üç top fərqi ilə uduzur. Belə bir uğursuz seriya sonuncu dəfə 1953-cü ilin dekabrında baş verib.

Bundan əlavə, "Liverpul" bütün turnirlər üzrə son 12 qarşılaşmanın 9-da məğlubiyyətlə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest