27 Noyabr 2025, 15:54
FUTBOL
Azərbaycanın II Liqa təmsilçisi "Şəmkir"in yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, bölgə klubu Rasim Əliyevlə anlaşıb. Son olaraq "Turan Tovuz"un akademiyasının koordinatoru vəzifəsində çalışmış A kateqoriyalı mütəxəssislə 6 ay + 1 illik müqavilə imzalanıb.
R.Əliyev daha əvvəl "Turan"la yanaşı, "Rote Fahne", "Neftçala" komandalarını çalışdırıb. O, "Feyenoord", "Utrext", PSV (hamısı Niderland), "Fənərbağça", "Gənclərbirliyi" (hər ikisi Türkiyə) və "Dinamo" (Tbilisi) klublarının düşərgələrində təcrübə keçib.




_1764260794.jpg)







_1764249604.jpg)