AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. İclasda "Qarabağ" tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, İsmayıl İbrahimliyə verilən 3 oyunluq cəza 2 matça endirilib.
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasında XIV turun ən yaxşı futbolçusu məlum olub. Bu, "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintanadı. İspaniyalı futbolçu 332 göstəriciyə nail olub. O, "Keşlə" ilə qarşılaşmanı əvəz edilmədən keçirib və 1 qolla yadda qalıb.
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XIV turunun rəmzi komandası müəyyənləşib. Siyahıda "Neftçi" futbolçuları çoxluq təşkil edir. Belə ki, "ağ-qaralar"ın 5 oyunçusu simvolik "11-liy"ı düşüb. "Zirə"dən isə 4 futbolçu ən yaxşılar sırasında olub.
"Dənizçilər"i məyus edən yubiley qolunun müəllifi "Zirə"nin futbolçusu Tellur Mütəllimov olub. "Səbail" bu 100 qoldan 44-nü evdə, 56-nı səfərdə buraxıb. "Səbail" Premyer Liqada 100 və daha çox qol buraxan 37-ci komanda olub.
II dövrənin 7 turunda 28 matç baş tutub. Bu qarşılaşmalarda "Neftçi" hamıdan çox - 14 xal toplayıb. Paytaxt təmsilçisi hamıdan çox qələbə qazanmaqla yanaşı, ən çox qol vuran və ən az top buraxan komandadı. "Keşlə" 12, "Sumqayıt" isə 11 xal qazanıb.
"Daha böyük problemlər var. Tapşırıq olub ki, daha gənc oyunçulara şans verək. Bundan danışmaq lazımdı. Meydanda 3 limit futbolçumuz var idi. Təcrübəli futbolçular bu vəziyyətlə barışmaq istəmirlər"
"Planlaşdırdığımız kimi oldu. Çətin oyun olacağını bilirdik. "Sumqayıt" öz meydanında yaxşı oyun sərgiləyir. İlk dövrənin son oyunu idi, uduzmaq istəmirdik. Oyunun keyfiyyətindən razı qalmadım, ancaq komandamı təbrik edirəm"
"Komanda həddən artıq yüklənib. Bir variant var ki, futbolçuların yanında olmalıyıq. Həm mən, həm rəhbərlik, həm də azarkeşlər. Mövsümün ikinci yarısı daha gərgin olacaq"
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.