15 Oktyabr 2025, 12:17
FUTBOL
Andreas Christensen
"Barselona"nın müdafiəçisi Andreas Kristensen karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Fənərbaxça" danimarkalı futbolçunun xidmətində maraqlıdır. Baş məşqçi Domeniko Tedesko rəhbərlikdən Kristensenin transferini istəyib.
29 yaşlı mərkəz müdafiəçisinin İspaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. "Fənərbaxça" bu amili nəzərə alaraq təcrübəli oyunçunu yanvar ayında uyğun məbləğ qarşılığında transfer edə biləcəyini düşünür.
Qeyd edək ki, Andreas Kristensen bu mövsüm "Barselona"nın heyətində 8 oyunda meydana çıxıb.