Sonuncu oyun gününə təsadüf edəcək “Sabah” – “Sumqayıt” matçını Elçin Məsiyev, “Zirə” – “Qarabağ” görüşünü Rəvan Həmzəzadə idarə edəcək.

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunlarına təyinatlar açıqlanıb.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə baş tutacaq “Qəbələ” – “Səbail” matçı İnqilab Məmmədova, “Keşlə” – “Neftçi” qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb.
 
Sonuncu oyun gününə təsadüf edəcək “Sabah” – “Sumqayıt” matçını Elçin Məsiyev, “Zirə” – “Qarabağ” görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
 
Azərbaycan Premyer Liqası
VII tur
24 oktyabr
 
“Qəbələ” – “Səbail” 
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu. 14:00
 
“Keşlə” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASK Arena”. 16:00.
 
25 oktyabr
 
“Sabah” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bank Respublika Arena. 14:00.
 
“Zirə” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu. 16:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest