"Əl-Kadisiya"nın hücumçusu Mateo Reteqi Avropaya qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Mançester Yunayted" italiyalı futbolçunu transfer etmək istəyir. "Qırmızzı şeytanlar" gələn ilin yayında 26 yaşlı forvard üçün Səudiyyə Ərəbistanı klubuna 60 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Mateo Reteqi bu mövsüm "Əl-Kadisiya"nın heyətində keçirdiyi 5 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest