"Neftçi"nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub.
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, 6-cı turun "Sabah"la görüşünə təsadüf edib.
 
Komandasına 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi 144-cü oyununda 20-yə çatıb. O, vurduğu qollardan 14-nə "Neftçi"də imza atıb. Namiq "Bakı"da 2, "Qarabağ"da 1, "Kəpəz"də 3 dəfə fərqlənib.
 
Ələsgərov ilk qolunu 2014-cü il martın 29-da "Bakı" – "Simurq" matçında (2:1) qonaqların qapısından keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest