"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri opunu şərh edib.

"Sabah"ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri opunu şərh edib.
 
Matc.az xəbər verir ki, ispan mütəxəssis 0:1 hesabıyla uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Azərbaycanın müstəqillik günü münasibətilə hamını təbrik edirəm. Qarşılaşmanın birinci hissəsi eyni səviyyədə keçdi. Rəqib qol vurmağı bacardı, biz isə hücumları məntiqli sonluqla tamamlaya bilmədik. Oyunumuzda dinamiklik çatışmırdı. İkinci yarıda üstün tərəf biz idik. Lakin əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Bu cür qol vəziyyətlərini dəyərləndirə bilməsək, qələbə qazana bilmərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest