"Neftçi"nin hazırkı durumu və gələcək planları haqda fikir mübadiləsi aparılıb.

"Neftçi"nin veteran futbolçusu, sabiq baş məşqçisi Əsgər Abdullayev "Palms Sports" Futbol Mərkəzində olub.

Matc.az xəbər verir ki, "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer və digər klub nümayəndələri ilə görüşən Abdullayevə 65 illik yubileyi münasibətilə xatirə hədiyyəsi təqdim edilib.

Görüşdə "Neftçi"nin hazırkı durumu və gələcək planları haqda fikir mübadiləsi aparılıb. Yubilyar "Neftçi TV"nin yeni layihəsi çərçivəsində geniş müsahibə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest