"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- İlk növbədə dövlətimizi, ordumuzu qazanılan uğurlara görə təbrik edirəm. Oyuna gəldikdə, maraqlı alındı, sürətli futbolun şahidi olduq. Xüsusilə, ikinci hissədə üstün oynadıq. Bu gün meydanda görmək istədiyim komandanı gördüm. önümüzə baxıb, daha güclü olmalıyıq.
 
- Ağabala Ramazanovun oyuna gec qoşulması nəylə bağlı idi?
- O, bizim kapitanımızdır. Sadəcə zədəli idi, həkimlərlə məsləhətləşəndən sonra 20-25 dəqiqə oynaya biləcəyini bildik. Ona görə sonradan meydana daxil oldu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest