Zaqreb "Dinamo"sunun futbolçusu Kardoso Varela karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

"Barselona" portuqaliyalı vingeri transfer etmək istəyir. La Liqa nəhənginin idman direktoru Deko oyunçunun meneceeri ilə görüşüb. Keçidin təxminən 5 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, Kardoso Varela bu ilin fevral ayında "Dinamo"nun U-19 komandasına qoşulub. 16 yaşlı futbolçu yayda əsas komandaya cəlb olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest