“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, əyalət təmsilçisinin çalışdırıcısı 0:3 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Klub olaraq ermənilərin terrorunu lənətləyirik. İnanırıq ki, buna görə layiqli cəzalarını verəcəyik. Komandalar arasındakı fərq hiss olunur. "Qarabağ" təşkilatlanmış komandadır, biz isə yenilənmişik. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı olub, layiq olduğumuz yerlərə qalxacağıq.
 
- Nəticə oyuna görə olmadı. Son dəqiqələrdə komandada nə baş verdi ki, qısa zamanda 2 qol buraxdız?
- Fərqlənmək şanslarımız oldu. "Qarabağ" elə komandadır ki, hər zaman təzyiq göstərir. Düşünürəm ki, bu gün layiqli qələbə qazandılar.
 
- Qismət Alıyevin yoxluğu hiss olundu. Onun yerini doldura biləcəksiz? 
- Yeri görünəcək. Gedişinə heyfslənmək lazım deyil. Əksinə, daha da artığına çalışmalıyıq. Gənc futbolçularımız var, düşünürəm ki, gələcəkdə Qismətin yerini tuta biləcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest