15 Oktyabr 2025, 10:43
DÇ-2026
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.
Matc.az xəbər verir ki, E qrupunda Türkiyə millisi Kocaelidə Gürcüstanı qəbul edib. Qarşılaşma "ay-ulduzlular"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 6-ya yüksəldən Türkiyə millisi qrupda 2-ci yerdədir. 3 xalı olan Gürcüstan seçməsi isə 3-cü pillədə qərarlaşıb.
Türkiyə - Gürcüstan 4:1
Qollar: Kenan Yıldız,14, Merih Demiral,22, 52, Yunus Akgün,35, - Georgi Koçoroşvili,64