"Atalanta"nın futbolçusu Ademola Lukman karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, "Qalatasaray" nigeriyalı hücumçunu transfer etmək istəyir. Bu barədə "Fotomaç" məlumat yayıb.

İstanbul nəhəngi Lukmanı yanvar ayında heyətinə qatmağa planlaşdırır. "Sarı-qırmızılar" 27 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürməyə çalışacaq. A Seriyası təmsilçisində heyətə düşə bilməyən futbolçu ayrılığa isti yanaşır.

Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Ademola Lukman bu mövsüm "Atalanta"nın heyətində 3 oyunda 137 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest