Dünya çempionatının açılışında Aygün Kazımova və Aleyna Tilki oxuyacaq
Mayın 21-də DÇ-2025-in rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə heyrətamiz lazer və mappinq şoular təşkil ediləcək. Xalq artisti Aygün Kazımova və Türkiyə estradasının ulduzu Aleyna Tilki öz mahnı və çıxışları ilə qonaqları əyləndirəcəklər.



























