"Dəyişməli olduğumuz futbolçular var idi, zədəlilərimiz oldu. Gənc oyunçulara da şans verdik. Qollar buraxdığımız aydındır, amma yenə də yolumuza davam edirik”
Matc.az xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.
“Biz başa düşürdük ki, lider komandaya qarşı oynayacağıq. Daha çox topa nəzarət etməyə çalışırdıq. Amma buraxdığımız ilk qol bizi büdrətdi. Birinci hissədə hesabı bərabərləşdirməyi çox istəyirdik. İkinci hissədə də qollar buraxdıq. Alınmadı. Aydındır ki, futbolu 11 nəfər oynamır. Dəyişməli olduğumuz futbolçular var idi, zədəlilərimiz oldu. Gənc oyunçulara da şans verdik. Qollar buraxdığımız aydındır, amma yenə də yolumuza davam edirik”, – deyə Maksimov bildirib.
Baş məşqçi Ağadadaş Salyanskinin matçda iştirak etməməsinin səbəbini də açıqlayıb: “Ağadadaş “Neftçi”dən icarəyə götürüldüyü üçün bu komandaya qarşı oynamaq hüququna malik deyildi. Növbəti turda Abdulal Rzayev də “Sabah”a qarşı meydana çıxa bilməyəcək. Çünki o da “Sabah”dan icarəyə götürülüb”.













