"Görüşün ilk hissəsi qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Lakin ikinci yarıda üç qol vuran “Barselona” əzmkar qələbə qazanıb"

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Barselona” İspaniya La Liqasının XIII turunda növbəti oyununa çıxıb.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi doğma meydanda “Vilyarreal”ı qəbul edib.

Görüşün ilk hissəsi qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Lakin ikinci yarıda üç qol vuran “Barselona” əzmkar qələbə qazanıb.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran katalonlar turnir cədvəlinə başçılıq edirlər.

 

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest