II Liqada “Şəmkir” – “Ağstafa Gəncləri” qarşılaşmasında meydan sahiblərinin futbolçusu Fuad Əhmədov 90-cı dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Nəticədə futbolçu 4 oyunluq cəzalandırılıb, “Şəmkir” klubu isə 1000 manat cərimələnib.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, yığıncaqda II Liqanın X turu və Əvəzedicilər Liqasının IX turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.
 
II Liqada “Şəmkir” – “Ağstafa Gəncləri” qarşılaşmasında meydan sahiblərinin futbolçusu Fuad Əhmədov 90-cı dəqiqədə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Nəticədə futbolçu 4 oyunluq cəzalandırılıb, “Şəmkir” klubu isə 1000 manat cərimələnib.
 
Həmin görüşdə “Ağstafa Gəncləri” komandasının dörd futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə ödəyəcək.
 
“Hypers” – “Kür-Araz” matçında təşkilati-texniki öhdəliklərin pozulması və bu halın cari mövsümdə ikinci dəfə təkrarlanması səbəbindən “Hypers” 200 manat cərimələnib. Bundan başqa, qarşılaşma başa çatdıqdan sonra meydançaya kənar şəxsin daxil olması da cəzasız qalmayıb. Eyni halın mövsümdə ikinci dəfə təkrarlanması səbəbindən kluba daha 500 manat cərimə tətbiq edilib.
 
Həmin oyunda “Kür-Araz” komandasının beş futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.
 
“Difai” – “Zəngəzur” qarşılaşmasında isə meydan sahiblərinin dörd futbolçusu sarı vərəqə aldığına görə komanda 70 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Difai”nin məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyunluq cəzalandırılıb, klub isə 1000 manat cərimələnib.
 
Əvəzedicilər Liqası ilə bağlı qərarlar
 
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının IX turunda baş verən qayda pozuntuları ilə bağlı da qərarlar qəbul edib.
 
“Neftçi-2” – “Turan Tovuz-2” qarşılaşmasının Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başlamasına görə meydan sahibləri 200 manat cərimələnib. Həmin görüşdə “Turan Tovuz-2” komandasının beş futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimə ödəyəcək.
 
“İmişli-2” – “Şamaxı-2” oyununda isə qonaq komandanın dörd futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı-2” 70 manat cərimələnib.
 
Beləliklə, İntizam Komitəsinin qərarları əsasında II Liqada “Şəmkir” və “Difai” klublarına 1000 manatlıq cərimə və dörd oyunluq diskvalifikasiya ilə nəticələnən sanksiyalar tətbiq olunub.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest