Türkiyə 1-ci Liqasının XIII turunda Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi “Bursaspor” növbəti qələbəsini qazanıb. Matc.az xəbər verir ki, Bursa təmsilçisi doğma meydanda “Bandırmaspor”u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Bursaspor”un heyətində Halil Akbunar 7-ci dəqiqədə hesabı açıb. Luis Beyker 12-ci və 23-cü dəqiqələrdə fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib.

Toral Bayramov görüşə start heyətində başlayıb və final fitinədək meydanda olub.

Bu nəticədən sonra xallarını 31-ə çatdıran “Bursaspor” turnir cədvəlinə liderlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest