31 Oktyabr 2026, 19:37
FUTBOL
Türkiyə 3-cü Liqasında mübarizə aparan “Kırıkkale FK”da futbolçulara qeyri-adi cəza tətbiq olunub. Matc.az xəbər verir ki, klub rəhbərliyi “Adanaspor”la səfərdə 1:1 hesablı heç-heçədən sonra hər futbolçunu 71 min Türkiyə lirəsi məbləğində cərimələyib.
Rəhbərlik bu nəticəni komandanın hədəfləri baxımından qəbuledilməz hesab edib. Bildirilib ki, ardıcıl qələbələrdən sonra turnir cədvəlində irəliləmək üçün vacib fürsət əldən verilib.
Klubun açıqlamasında futbolçulardan son fitədək qələbə əzmi, mübarizə və məsuliyyət nümayiş etdirmək tələb olunub.
Qeyd edək ki, 71 min lirəlik cərimə təsadüfi seçilməyib. Bu rəqəm Kırıkkale şəhərinin avtomobil dövlət nömrə nişanını – 71-i simvolizə edir.













