Türkiyə Super Liqasında X turun oyunları davam edir. Matc.az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından birində “Fənərbaxça” doğma meydanda “Göztepe”ni qəbul edib. İstanbul təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

“Chobani” stadionunda keçirilən görüşdə ilk qolu meydan sahibləri vurub. Mattéo Guendouzi 45+1-ci dəqiqədə fərqlənərək komandasını hesabda önə keçirib.

İkinci hissədə isə qonaqlar əzmkar qələbə qazanıblar. Sinclair Armstrong 76-cı dəqiqədə hesabı bərabərləşdirib. Cəmi iki dəqiqə sonra André Henrique “Göztepe”yə qələbə qazandıran qolu vurub.

Beləliklə, “Fənərbaxça” ardıcıl ikinci məğlubiyyətini alıb və 10 turdan sonra 16 xalla kifayətlənib. İstanbul klubu lider “Qalatasaray”dan 9 xal geri qalır. “Göztepe” isə xallarının sayını 15-ə çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest