31 Oktyabr 2026, 13:17
FUTBOL
“Kəpəz” Misli Premyer Liqasının X turunda “İmişli” ilə keçirəcəyi qarşılaşmaya itki ilə çıxacaq. Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin yarımmüdafiəçisi Azuma Abubakar zədə səbəbindən sabahkı matçda komandasına kömək edə bilməyəcək.
Heyətdə Abubakardan başqa zədəli və ya cəzalı futbolçu yoxdur.
“Sarı-göylər” bu gün saat 17:00-da keçiriləcək məşqlə qarşılaşmaya hazırlığı yekunlaşdıracaq.
Qeyd edək ki, “Kəpəz” – “İmişli” oyunu sabah saat 17:30-da Gəncə şəhər stadionunda keçiriləcək.













