Fransa Liqa 1-də “Lill” və “Lans” komandaları arasında Şimal derbisi keçirilib. Matc.az xəbər verir ki, IX turun qarşılaşmasında “Lill” doğma meydanda rəqibini 1:0 hesabı ilə məğlub edib.

Görüşün taleyini 87-ci dəqiqədə meydana daxil olan Olivye Jiru həll edib. Təcrübəli hücumçu 87-ci dəqiqədə Nabil Bentalebin uzaq məsafədən zərbəsindən sonra qapıçıdan qayıdan topu tora göndərib.

Qeyd edək ki, bu qələbədən sonra “Lill” 18 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Lans” isə 13 xalla yeddinci sırada qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest