2026-cı ilin “Qızıl top” mükafatının nəticələri ilə bağlı şübhəli mərc əməliyyatları gündəmə gəlib. Matc.az xəbər verir ki, İngiltərənin “The Guardian” nəşrinin məlumatına görə, mükafatın ilk beşliyini düzgün proqnozlaşdıran mərc əməliyyatları nəticəsində ümumilikdə 149 min funt sterlinq gəlir əldə edilib.
Məsələnin diqqətçəkən tərəfi isə bəzi mərc iştirakçılarının nəticələri açıqlanmamışdan əvvəl ilk beşliyi dəqiq müəyyənləşdirməsidir. Bu, nəticələrin əvvəlcədən sızdırılması ehtimalını gündəmə gətirib.
Hadisə ilə bağlı şübhəli mərc əməliyyatları araşdırılır. Bununla belə, nəticələrin kim tərəfindən və hansı yolla əldə edildiyi hələ müəyyənləşdirilməyib.
Xatırladaq ki, 2026-cı ildə keçirilən mərasimdə İngiltərə millisinin hücumçusu Harri Keyn “Qızıl top” mükafatına layiq görülüb.













