Qadın voleybolçulardan ibarət "Turan" komandası bu gün CEV Çempionlar Liqasında mübarizəyə başlayır.

Matc.az xəbər verir ki, Tovuz təmsilçisi turnirin iki təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın "Mladost"  klubu ilə üz-üzə gələcək.

Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək. Oyundan əvvəl azarkeşlər üçün konsert proqramı da təşkil olunacaq.

Qeyd edək ki, Turan Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest