Amsterdamın "Ayaks" klubu Ukrayna millisinin sol cinah müdafiəçisi Oleksandr Zinçenkoya komandanın məşq prosesinə qoşulmağı təklif edib.
Matc.az xəbər verir ki, bu barədə Niderlandın "Telegraaf.nl" nəşri məlumat yayıb.
Hələlik hər hansı müqavilənin bağlanmasından söhbət getmir. 29 yaşlı futbolçu bərpa prosesinin son mərhələsindədir və tezliklə qrup məşqlərinə qayıda biləcək.
Xatırladaq ki, Zinçenko ciddi diz zədəsi səbəbindən "Ayaks"dan ayrıldıqdan sonra 2026-cı ilin iyul ayından azad agent statusundadır. O, 2026-cı ilin fevralında heyətinə qoşulduğu Niderland klubunda cəmi 2 oyun keçirib.
Daha əvvəl "Mançester Yunayted"in ukraynalı universal oyunçunun ətrafı ilə təmasda olduğu bildirilirdi. "Qırmızı şeytanlar" Lyuk Şounun zədələnməsindən sonra Zinçenko ilə müqavilə imzalamaq imkanını nəzərdən keçirirdilər.












