15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 16-dan 18-dək Bakıda təlim-məşq toplanışı keçirib.

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 16-dan 18-dək Bakıda təlim-məşq toplanışı keçirib.

Matc.az xəbər verir ki, hazırlıq prosesini başa vuran millimiz UEFA İnkişaf Turnirində iştirak etmək üçün Maltaya yollanacaq. Oktyabrın 19-dan 27-dək davam edəcək turnir çərçivəsində komandamız üç oyun keçirəcək.

Millimiz ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:00-da başlayacaq görüş "Sentineri" stadionunda təşkil olunacaq.

Komandamız oktyabrın 23-də saat 15:30-da Malta, oktyabrın 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun "Sentineri" stadionunda keçiriləcək.

Turnirdə iştirak edəcək millimizin heyəti ilə aşağıda tanış ola bilərsiniz.

1. Sirac Quluzadə – Qarabağ FK
2. Qabil Həzizadə – Sumqayıt FK
3. Rəvan Rüstəmov – Sabah FK
4. Ayxan Əliyev – Sabah FK
5. Zeyd Çodarov – Qarabağ FK
6. Sanan Zeynallı – Qarabağ FK
7. Rasim Əliyev – Ulduz FA
8. Amal Şıxxərimzadə – Sabah FK
9. Kənan Səfiyev – Ulduz FA
10. Kamil Bədirxanlı – Qarabağ FK
11. Məhəmməd Hümbətzadə – Ulduz FA
12. Ayxan Rüstəmli – Ulduz FA
13. Hüseyn Novruzlu – EFA
14. Nihat Bəylərli – Ulduz FA
15. Zəfər İbrahim – Qarabağ FK
16. Cəbrayıl Əkbərov – Ulduz FA
17. Cavid Allahverdi – Qəbələ İK
18. İmran Seyidbalayev – Sumqayıt FK
19. Yusif Ağayev – Sabah FK
20. Onur Əmirzadə – Neftçi PFK

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest