"Mançester Siti"ni xalların silinməsi təhlükəsi gözləyir ki, bu da komandanın İngiltərə Premyer Liqasından uzaqlaşdırılmasını qaçılmaz edəcək.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilir ki, İngiltərə Premyer Liqası rəhbərliyi yanvar ayının sonundan tez açıqlanması gözlənilməyən apellyasiya şikayətinə baxılmasının tamamlanmasını gözləmədən, cəza ilə bağlı yekun qərarın elan edilməsinə nail olmaq niyyətindədir.

Silinəcək xalların həcmi o qədər böyük olacaq ki, bu, riyazi olaraq "Siti"nin aşağı liqaya düşməsini təmin edəcək. Üstəlik, növbəti mövsümdə – artıq Çempionşipdə də klub əlavə xalların silinməsi cəzası ilə üzləşə bilər.

Xatırladaq ki, oktyabrın əvvəlində müstəqil komissiya "Mançester Siti"ni 2009-cu ildən 2018-ci ilə qədər olan dövrdə maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunduğu 115 bənddən 114-ü üzrə təqsirli bilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest