PSJ-nin baş məşqçisi Luis Enrike bildirib ki, hər hansı digər futbolçu kimi Lamin Yamal da Lionel Messini geridə qoya bilməyəcək, eyni zamanda "Barselona"nın 19 yaşlı hücumçusunun özü kimi qalmaq cəhdlərini müsbət qiymətləndirib.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mütəxəssis Yamalın digər oyunçularla müqayisə olunmaqdan qaçmalı olduğunu vurğulayıb:
"Hesab edirəm ki, Lamin məhz Lamin Yamal olmağa çalışır və bunu çox yaxşı bacarır. O, oyununun müxtəlif aspektlərini təkmilləşdirir. Bütün dövrlərin ən yaxşı oyunçusu olan Messi ilə hər hansı digər futbolçunu müqayisə etmək düzgün deyil – heç kim onu geridə qoya bilməyəcək. Lamin özünün ən yaxşı versiyası olmaq istəyir və onun üçün özünü başqaları ilə müqayisə etməmək daha yaxşıdır. O, çox ağıllıdır".
Xatırladaq ki, son vaxtlar Yamal bu il "Qızıl top"u niyə almalı olduğu ilə bağlı bir sıra bəyanatlar verib. Xüsusilə, 19 yaşlı hücumçu ötən mövsüm də ən nüfuzlu fərdi futbol mükafatını almalı olduğunu qeyd edib.












