Almaniyanın "Borussiya" (Dortmund) klubu UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda "Sabah"la keçiriləcək oyundan əvvəl Bakıda son məşqinə çıxıb.

Almaniyanın "Borussiya" (Dortmund) klubu UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda "Sabah"la keçiriləcək oyundan əvvəl Bakıda son məşqinə çıxıb.

Matc.az xəbər verir ki, qarşıdan gələn mühüm oyun öncəsi gerçəkləşən məşqin ilk 15 dəqiqəsi media mənsubları üçün açıq təşkil olunub.

Dortmund təmsilçisinin futbolçuları meydanda yüngül isinmə hərəkətlərini tamamladıqdan sonra müxtəlif taktiki və texniki tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki, paytaxtımızda böyük maraqla gözlənilən "Sabah" - "Borussiya" qarşılaşması oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest