"Milan", "Portu" və "Əl-İttihad"ın keçmiş baş məşqçisi Serjiu Konseysau Səudiyyə Ərəbistanı çempionatında çıxış edən futbolçuları sərt şəkildə tənqid edib.

Matc.az xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis yerli mətbuata müsahibəsində danışıb.

Təcrübəli məşqçi ərəb futbolçuların işə yanaşmasından narazıdır:

"Yerli oyunçular özlərinə qarşı tələbkar deyillər. Bunu pis olduqları və ya istəmədikləri üçün etmirlər. Bu, sadəcə mədəniyyət məsələsidir. Orada əsl tələbkarlıq, iş və fədakarlıq mədəniyyəti yoxdur. Onlarda belə bir düşüncə tərzi yoxdur və bununla işləmək çətindir. Bəzən bəzi oyunçular heç məşqə də gəlmirlər.

Orada futbol hələ də real peşə sayılmır. Onlar həmişə bir bəhanə tapırlar: özünü pis hiss edən qohum və ya səhər saat 5-də qılınmalı olan namazla bağlı din. Əgər biz məşqi həmin vaxta təyin ediriksə, bəziləri sadəcə gəlmir. Mənim nöqteyi-nəzərimdən bütün bunları nəzarətdə saxlamaq həqiqətən çox çətindir".

Qeyd edək ki, Konseysau "Əl-İttihad" klubunu 2026-cı ildə tərk edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest