"Liverpul"un müdafiəçisi Ronald Arauxo müqavilə ilə məxsus olduğu "Barselona"dan sonra karyerasını daimi əsasda İngiltərədə davam etdirmək ehtimalı barədə danışıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
27 yaşlı futbolçunun fikrincə, karyerasında belə bir addım haqqında danışmaq hələ tez olsa da, özü İngiltərədə xoşbəxtdir:
"Mən sadəcə hər gündən həzz almağa və özümə inamımı artırmaq üçün tərəqqi etməyə çalışıram. Daimi transfer ehtimalı haqqında danışmaq hələ tezdir, lakin mən və ailəm burada xoşbəxtik".
Xatırladaq ki, uruqvaylı müdafiəçi bu yay "Barselona"dan 1 illik icarə əsasında "Liverpul"a keçib. "Liverpul"un heyətində Arauxo artıq 10 matçda meydana çıxıb, bu görüşlərdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.













