"Baş məşqçimizin söylədiyi kimi görüşə ciddi hazırlaşmışıq".
Almaniya təmsilçisi "Borussiya" (Dortmund) "Sabah"la oyuna qələbə üçün çıxacaq.
Matc.az xəbər verir ki, bunu Almaniya təmsilçisi "Borussiya"nın (Dortmund) futbolçusu Daniel Svensson UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Müdafiəçi sabahkı matça qələbə qazanmaq üçün çıxacaqlarını bildirib:
"Baş məşqçimizin söylədiyi kimi görüşə ciddi hazırlaşmışıq. Rəqib komandanı təhlil etmək imkanımız olub. "Sabah"la bağlı məlumatları əldə etmişik. Bizə 3 xal lazımdır və meydana qələbə üçün çıxacağıq".
Qeyd edək ki, "Sabah" - "Borussiya" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.













