19 Oktyabr 2026, 13:27
FUTBOL
"Latsio" "Yuventus" üzərində qazandığı qələbədən sonra klub rekordunu yeniləyib.
Matc.az xəbər verir ki, bu barədə "Opta" statistika portalı məlumat yayıb.
A Seriyasının 7-ci turunun matçında "Latsio" "Yuventus"u 3:0 hesabı ilə darmadağın edərək məğlubiyyətsizlik seriyasını davam etdirib. Mövsümün əvvəlindən bəri Roma klubu İtaliya çempionatında altı qələbə qazanıb və bir dəfə heç-heçə edərək 19 xal toplayıb.
Bu nəticə "Latsio"ya "İnter"lə birlikdə turnir cədvəlinin birinci pilləsini bölüşməyə imkan verir. Yeddi turdan sonra toplanan 19 xal "Latsio"nun tarixindəki ən yaxşı mövsüm startıdır.
Cennaro Qattuzonun rəhbərlik etdiyi komanda növbəti oyununu oktyabrın 24-də doğma meydanda "Parma"ya qarşı keçirəcək.













