Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə "Liv Bona Dea Hospital" arasında əldə olunmuş razılaşmaya əsasən, sözügedən tibb müəssisəsi Qadınlar Super Liqasının titul sponsoru olacaq.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə "Liv Bona Dea Hospital" arasında əldə olunmuş razılaşmaya əsasən, sözügedən tibb müəssisəsi Qadınlar Super Liqasının titul sponsoru olacaq.
Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi qurumları məlumat yayıb.
Bildirilir ki, 2026/2027-ci və 2027/2028-ci illər mövsümlərində çempionat "Liv Bona Dea Qadınlar Super Liqası" adı altında keçiriləcək. Bu gün start götürən yarışın yeni mövsümündə ad və format dəyişikliyi ilə yanaşı, iştirakçı komandaların sayı da artırılaraq 12-yə çatdırılıb.
Qeyd edək ki, "Liv Bona Dea Hospital" beynəlxalq səhiyyə sahəsində geniş təcrübəyə malik "MLP Care" qrupunun tərkibində fəaliyyət göstərir. Bu əməkdaşlıq ölkəmizdə qadın futbolunun inkişafına, populyarlaşdırılmasına və gənc qızların idmana təşviq edilməsinə böyük töhfə verəcək.













