"Mançester Yunayted"un müdafiəçisi Lisandro Martines klubun transfer siyasətini tənqid etdikdən sonra ilk dəfə komandanın məşq bazasına qayıdıb.
Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.
"Mançester Yunayted" rəhbərliyinin transfer siyasətinə qarşı çıxan müdafiəçi Çempionlar Liqasının ümumi mərhələsinin II turunda "Atletiko"ya qarşı keçirilən məğlubiyyətdən (0:2) sonra klubunu turnirin səviyyəsinə uyğun gəlməyən komanda adlandırmışdı.
Bildirilir ki, argentinalı futbolçu bu gün öz mövqeyinə aydınlıq gətirməli olacaq. Bəzi komanda yoldaşlarının da onun bu fikirlərini bölüşdüyü vurğulanır. Klub rəhbərliyi zədə keçmişini nəzərə alaraq, yaxşı təklif gələcəyi təqdirdə 28 yaşlı oyunçunu satmağı planlaşdırır.





_1792084612.jpg)







