Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyəti növbədənkənar seçki ehtimalı, Mərkəzi Hakimlər Qurulunun (MHK) rəhbərliyi və milli komandanın baş məşqçisi Vinçenzo Montellanın gələcəyini müzakirə etmək üçün bu gün saat 15:00-da (Türkiyə vaxtı ilə 14:00) Riva təlim-məşq bazasında növbədənkənar iclas keçiriləcək.

Matc.az xəbər verir ki, UEFA-nın tədbirlərində iştirak etmək üçün Berlində olan TFF sədri İbrahim Hacıosmanoğlu İstanbula qayıdıb və onun rəhbərliyi ilə keçirilən toplantının gündəmində üç kritik mövzu yer alır.

"Hakimlər dosyası" araşdırması çərçivəsində, aralarında MHK-nin sabiq sədri Ferhat Gündoğdu və Superliqa hakimi Yasin Kolun da olduğu 5 nəfərin həbs edilməsindən, eləcə də federasiya rəhbərliyindəki ardıcıl istifalardan sonra qurumun yeni yol xəritəsi dəyərləndiriləcək.

İdarə Heyəti üzvlərinin böyük əksəriyyəti növbədənkənar seçkilərin keçirilməsini və baş məşqçi Vinçenzo Montella ilə yolların ayrılmasını tələb etsə də, prezident Hacıosmanoğlunun 2027-ci ilin iyununa qədər vəzifəsində qalmaq niyyətində olduğu bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest