Münhen "Bavariya"sının hücumçusu Harri Keyn İngiltərə millisinin heyətində 125-ci oyununa çıxıb. Hazırda ingilislər qrup mərhələsinin 4-cü turu çərçivəsində "Uembli" stadionunda Çexiya komandasını qəbul edirlər.

Matc.az xəbər verir ki, İngiltərə millisinin 33 yaşlı kapitanı bu oyunla milli komandada keçirilən qarşılaşmaların sayına görə Piter Şiltonun 36 ildir qorunub saxlanılan rekordunu təkrarlayıb.

Keyn yığmada debütünü 2015-ci ilin martında edib və bu müddətdə 89 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qrup mərhələsinin növbəti turunda İngiltərə noyabrın 12-də Xorvatiya ilə qarşılaşacaq, Çexiya isə həmin gün İspaniyanı qəbul edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest